Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91575
az

Blinken bütün diplomatlara “Vaqner”lə bağlı şərh verməyi qadağan edib

09:1127 İyun, 2023
110
DÜNYA
  • A
ABŞ dövlət katibi Entoni Blinken ölkənin bütün dünya üzrə xarici siyasət rəsmilərinə Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin üsyanı ilə bağlı şərh verməyi qadağan edən təcili teleqram göndərib. Oxu24.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Blinken Dövlət Departamentinin bütün əməkdaşlarına üsyan haqqında danışmağı və Rusiyadakı vəziyyəti hər kəslə müzakirə etməyi qadağan edib. Xarici hökumətlərin nümayəndələri Rusiyada baş verənlərlə bağlı rəsmilərdən soruşsalar, onlar yalnız ABŞ-ın vəziyyətə nəzarət etdiyini deməliydilər. Məktubda həmçinin qeyd olunub ki, Blinken və onun əməkdaşlar arasında olan yaxın çevrəsi hadisələrin gedişini birbaşa izləyir. Dövlət katibinin məktubunu alanlardan birinin nəşrə verdiyi məlumata görə, beləliklə, Vaşinqton əmin olmaq istəyirdi ki, heç bir amerikalı diplomat ABŞ-ın Rusiyadakı böhrana qarışması təəssüratı yarada biləcək bir şey deməsin. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı