Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91564
az

SON DƏQİQƏ! Putin  gecə saatlarında açıqlama yaydı

00:3027 İyun, 2023
552
DÜNYA
  • A
“İyunun 24-də, hadisələr başlayandan mənim birbaşa göstərişimlə çoxlu qan tökülməsin deyə addımlar atıldı. Bu, o cümlədən səhvə yol vermiş şəxslərə fikirlərini dəyişmək şansı vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini bildirmək və Rusiya üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını aydınlaşdırmaq üçün idi”. Oxu24.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. Putin “Vaqnerçi”lərə verdiyi vədi yerinə yetirəcəyinə söz verib: "Bu gün sizin Müdafiə Nazirliyi və ya digər hüquq-mühafizə orqanları ilə müqavilə bağlayaraq Rusiyaya xidmətinizi davam etdirmək və ya ailənizin və dostlarınızın yanına qayıtmaq imkanınız var. İstəyən Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim sənindir, amma əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq" Onun sözlərinə görə, qiyamın təşkilatçıları xarici təhdidlər qarşısında ölkədə parçalanmaya səbəb olan cinayət əməllərinə əl atıblar: “Biz bilirdik və bilirik ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin və komandirlərinin böyük əksəriyyəti həm də vətənini sevənlərdir. Onlar bunu döyüş meydanında göstərdikləri şücaətlə sübut etdilər. Onlardan ölkənin gələcəyi üçün birgə döyüşən silahdaşlarına qarşı istifadə etməyə çalışırdılar”, - deyə prezident bildirib. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniyada iğtişaşlar səbəbilə fövqəladə hallar komitəsi çağırılıb
İsrail ordusu təlimlər keçirir
Ukraynada Telegram-ı vağlamağa çağırdılar

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü