Dövlət qurumu
Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi
Son tarix 21 iyl 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;
Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;
Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirmək
Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;
Tələblər:
AR vətəndaşlığı;
Ali təhsil; (Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil)
24-32 yaş;
Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
Minimal iş təcrübəsi – 1-3 il;
Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2500 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Oxu24.com
ŞƏRHLƏR