Xaçmaz və Şabran rayonlarında iki nəfər bıçaqlanıb.
Hadisələrdən biri Xaçmazın Çarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Elyar Cəfər oğlu toy mərasimi zamanı dayısı tərəfindən bıçaqlanıb.
Digər hadisə isə Şabran rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Rayon sakini 1988-ci il təvəllüdlü Fəhlilov Muzəffər Mahmud oğlu torpaq üstündə qohumu tərəfindən bıçaqlanıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Oxu24.com
ŞƏRHLƏR