Bağban tərəfindən öldürülən Xantı-Mansi Muxtar Dairəsi deputatının dul qadını Kolodiç hələ də komadadır.
Oxu24.com xəbər verir ki,REN TV-nin vəziyyətlə tanış olan mənbəsi bildirib.
"Kolodiçin 55 yaşlı arvadı hələ də komadadır və özünə gəlməyib. Həkimlər müəyyən göstəricilərin yaxşılaşdığını qeyd edirlər. İrina süni nəfəs aparatındadır", - REN TV-nin həmsöhbəti bildirib.
Moskva vilayətində deputatın kottecində işləyən bağban deputatı bıçaqlayaraq öldürüb, daha sonra ərini xilas etməyə çalışan arvadına hücum edib. Qadın qarın, döş qəfəsi, körpücük sümüyü və bel nahiyəsində açıq nüfuz edən yara alıb. O, şok vəziyyətində xəstəxanaya aparılıb və əməliyyat olunub.
Deputatla vəhşicəsinə davranan bağban saxlanılıb. Bağbanın dediyinə görə, deputat ona evin ətrafında əlavə iş üçün pul vermək istəməyib.
Nəticədə işçi bıçağı götürərək Kolodiçi öldürüb. 58 yaşlı deputatın meyiti cinayətkar tərəfindən zirzəmidə basdırılıb.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR