Yeni hərbi yardım paketi 110 milyon Avstraliya dolları dəyərində qiymətləndirilir.
Oxu24.com xəbər verir ki,Avstraliya Ukraynaya təxminən 110 milyon Avstraliya dolları (73,5 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək, bu paketə zirehli personal daşıyıcıları və xüsusi təyinatlıların maşınları daxildir.
Reuters xəbər verir ki, bunu baş nazir Entoni Albanese deyib.
Yeni paketi nəzərə alsaq, Avstraliyanın Ukraynaya yardımının ümumi məbləği artıq 790 milyon Avstraliya dolları təşkil edəcək ki, bunun da 610 milyonu hərbi dəstəkdir. Baş nazirin sözlərinə görə, yeni paketə digər şeylərlə yanaşı, 28 M113 zirehli transportyoru, 14 xüsusi təyinatlı maşın, 28 orta ölçülü yük maşını və 14 qoşqu daxildir.
"Bu əlavə dəstək Rusiyanın qeyri-qanuni, əsassız və əxlaqsız müharibəsi qarşısında böyük cəsarət nümayiş etdirməyə davam edən Ukrayna xalqına kömək etməkdə real fərq yaradacaq", - Albanese bildirib.
Onun sözlərinə görə, bu yardım paketinin Rusiyada Vaqner Qrupu muzdlularının silahlı üsyanı ilə heç bir əlaqəsi yoxdur. Avstraliya hakimiyyəti bir müddətdir ki, bu paketi təmin etmək üzərində işləyir.
Albanese həmçinin bildirib ki, Avstraliya Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün Ukrayna mallarının rüsumsuz idxalını daha 12 ay uzadacaq.
M113 1950-ci illərin sonlarında hazırlanmış və 1960-cı ildən kütləvi istehsal edilən Amerika zirehli personal daşıyıcısıdır. Uzun müddət o, tədricən Bradley piyada döyüş maşını ilə əvəz olunana qədər ABŞ-ın əsas zirehli personal daşıyıcısı olaraq qaldı. M113, digər ölkələrə əhəmiyyətli miqdarda tədarük edildi və bir çox silahlı münaqişələrdə fəal istifadə edildi.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR