Pakistanın cənubundakı Sind əyalətinin Nəvab Şah rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Bu barədə Oxu24.com “Sinxua” agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, əks istiqamətdə hərəkət edən iki avtobus bir-birinə çırpılıb. Qəza nəticəsində onlarla insan xəsarət alıb.
Pakistan Xilasetmə Xidməti bildirib ki, bir neçə nəfər sıxılmış avtobuslarda qalıb və avtobusdan düşə bilməyiblər. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları yerli xəstəxanalara çatdırıblar.
Ölənlər arasında qadınlar və uşaqlar da var.
Nigar
Oxu24.com
ŞƏRHLƏR