Honduras hakimiyyəti cinayətkar qrupların toqquşmasının baş verdiyi Kortes departamentində hərbi əməliyyatların aparılması barədə məlumat verib.
Oxu24.com xəbər verir ki,bu barədə ölkə prezidenti Siomara Kastro “Twitter” mikrobloqunda məlumat verib.
"Bu gündən etibarən Choloma üçün xüsusi komendant saatı axşam saat 9-dan səhər saat 4-ə qədər tətbiq ediləcək və San Pedro Sulada iyulun 4-dən komendant saatı tətbiq ediləcək", - deyə prezident yazıb.
Dövlət başçısının da qeyd etdiyi kimi, hüquq-mühafizə orqanları reydlər keçirəcək.
Bundan əvvəl Hondurasda Sula vadisində silsilə silahlı hücumlar baş verib. Orada uşaqlar da daxil olmaqla azı 21 nəfər ölüb. Kastronun sözlərinə görə, narkotik alverçilərinin dəstələri bu regionda əhalini terror edir. O, həmçinin onların tutulmasında hər hansı yardıma görə pul mükafatı verəcəyini vəd edib.
Bundan əvvəl bildirilmişdi ki, iyunun 21-də Hondurasda Mara Salvatruça və Barrio 18 silahlı qrupları arasında baş verən toqquşma nəticəsində Cesfas həbsxanasında 41 qadın həlak olub.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR