Polşa Belarusla sərhədi Yevgeni Priqojin və PMC Vaqnerin oraya köçməsi ilə bağlı xəbərlər fonunda gücləndirir.
Oxu24.com xəbər verir ki,bunu Polşa televiziyasının efirində baş nazir Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, Varşava Rusiya Federasiyasındakı hərbi qiyamın nəticələrini “yaxından izləyir” və Polşa hərbçiləri Belarus və Kalininqrad vilayəti ilə sərhəddə sərhədləri əlavə olaraq gücləndiriblər.
Baş nazir izah edib ki, bu tədbirlər Moskvadan gələ biləcək təhlükəyə reaksiyadır, çünki "Lukaşenko və Putin çox qəribə hərəkət edə bilər".
Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin və muzdlularının Belarusa köçürülməsi ilə əlaqədar NATO-nun şərq cinahının gücləndirilməsi zərurətini Litva prezidenti Gitanas Nauseda da bəyan edib.
“Əgər muzdlular Belarusa qeyri-müəyyən planlar və qeyri-müəyyən niyyətlərlə göndərilirsə, bu, yalnız o deməkdir ki, biz şərq sərhədlərimizin təhlükəsizliyini daha da gücləndirməliyik”.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR