Azərbaycanlı pianoçu Ləman Seyidovanın Cenevrə Konservatoriyasında çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
OXU24.COM bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.
"16 yaşlı istedadlı azərbaycanlı ulduz Ləman Seyidovanın Cenevrə Konservatoriyasında möhtəşəm çıxışı ilə fəxr edirəm. Onun Mendelsonun 1 nömrəli fortepiano konsertinin ifasında Cenevrə Konservatoriyası Orkestrinin solisti kimi peşəkarlığı tamaşaçıların gurultulu alqışlarına səbəb olub", - deyə səfir bildirib.
ŞƏRHLƏR