İranın neft nazirinin müavini Məcid Cegeni İraqın təbii qaz borcunu tam ödədiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki,İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, neft nazirinin müavini və Milli Qaz Şirkətinin baş direktoru Çegeni deyib: İraqın Elektrik Nazirliyi İrana təbii qaz idxalından yaranan bütün borclarını ödəyib.
İraqın borcunun sıfıra endirildiyini qeyd edən Çegeni, bəzən İraq Ticarət Bankı (TBI) vasitəsilə İrana pul köçürmələrində problemlər yaşandığını bildirib.
İraq İrandan elektrik enerjisi istehsalı üçün idxal etdiyi 2,6 milyard dollarlıq təbii qaz borcunu ABŞ-ın Tehrana tətbiq etdiyi birtərəfli bank sanksiyaları səbəbindən ödəyə bilmədiyini izah edirdi.
İran və ABŞ arasında dolayı danışıqlar davam edərkən, iyunun 10-da ABŞ-ın sanksiyaları səbəbindən İranın İraqda dondurulmuş aktivlərindən 2 milyard 700 milyon dolların azad edildiyi bildirilib.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR