Prezident Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə telefonla danışıb.
Oxu24.com xəbər verir ki, danışıq zamanı Rusiyadakı son hadisələr və İsveçin NATO-ya üzvlüyü ilə bağlı son hadisələr müzakirə olunub.
Rabitə Müdirliyinin sosial media hesabından verilən açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Bildirilib ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətlərin qarşısını alıb.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni mərhələ olmasını arzuladığını bildirib.
Görüşdə İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə olunub. Bildirilib ki, Türkiyənin İsveçin üzvlüyünə konstruktiv münasibəti davam edir, lakin bu ölkədə PKK/PYD/YPG tərəfdarları sərbəst hərəkətə keçdiyi üçün qanunvericilik dəyişikliklərinin heç bir mənası yoxdur.
F-35 kontekstində yaşanan ədalətsizliklərə görə Türkiyənin F-16 tələbini İsveçin üzvlüyü ilə bağlamaq cəhdlərinin Türkiyənin deyil, NATO və NATO-nun təhlükəsizliyinə zərər verdiyi bildirilib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR