Son vaxtlar avtomobillərin arxa şşəsində belə ifadələrə demək olar ki, tez-tez rast gəlinir.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotoların maşınların arxa tərəfinə kustar sulla vurulması dəb halını alıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin fikrini yayındırır.
Araz Əsgərli deyir ki, qanunvericilikdə bunun cəriməsi yoxdur. Amma belə avtomobillər aşkar edildikdə sürücüdən o yazıları və ya fotonu silmək tələb edilir.
Baş inspektor hesab edir ki, sürücülər belə yazılara və fotolara üstünlük verməkdənsə avtomobilin texniki sazlığına diqqət etsələr daha faydalı olar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR