Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91479
az

Vaqnerin 500-dək əsgəri Qarabağda nə edirmiş?  —  SENSSASİYALI FAKT

22:2025 İyun, 2023
2140
ÖZƏL BÖLÜM
  • A

Ötən gün Yevgeni Priqojinin Rusiyada təşkil etdiyi hərbi çevriliş cəhdi fonunda 2020-ci ilin payızında Qarabağda Ermənistan tərəfində 44 günlük müharibədə Priqojinin Vaqner PMC-nin yaraqlılarının iştirakı mövzusu yenidən gündəmə gəlib.

Oxu24.com xəbər verir ki,Almaniyanın “rnd.de” nəşrinin Yevgeni Priqojinə həsr etdiyi məqalədə onun ordusunun dünyanın bir çox “boz zonalarında”, o cümlədən Suriyadakı müharibədə Kremlin maraqları uğrunda mübarizə aparmasından bəhs edilir.


Şuşa yaxınlığında Priqojinin 500 döyüşçüsü vuruşdu

Qəzet yazır: “Burada Priqojinin dəstəsi nəinki döyüşdü, həm də necə deyərlər, prezident Əsədin qoşunlarına təlim keçib”. - Palmira şəhərinin İŞİD-dən azad edilməsində PMC üzvlərinin mühüm rol oynadığını da deyirlər. O da bildirilir ki, 2020-ci ilin noyabr ayının əvvəlində Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfində Azərbaycana qarşı 500-ə yaxın vaqnerçi döyüşüb, baxmayaraq ki, qruplaşma özü bunu inkar edir.

“Vaqner”in muzdlularının Qarabağa göndərilməsi Rusiyada dünən baş verənləri şərh edən alman siyasətçilər tərəfindən də qeyd olunub.

Məsələn, Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri, SPD-dən Maykl Rot Twitter-də “Putinin dünya ictimaiyyətinin gözündə alçaldılmasından” yazıb.

“Nəticəsindən asılı olmayaraq, Priqojinin çevriliş cəhdinin digər münaqişələr və regionlar üçün böyük nəticələri olacaq” deyən Rot, xüsusilə Afrikadakı Sudan, Mali və Liviya, həmçinin Belarus, Ermənistan və Azərbaycanın adlarını çəkib.

"Rusiya rejimini təmsil edən Vaqnerin qoşunları hər yerdə iştirak edir", - alman siyasətçi deyir.

Qeyd edək ki, Vaqner muzdluları hələ 44 günlük müharibə başlamamışdan əvvəl, avqustun sonu - 2020-ci il sentyabrın əvvəlində Qarabağda olublar. Daha sonra bəzi rus mənbələri 2020-ci il noyabrın əvvəlində Qarabağa ümumilikdə 500-ə qədər “Vaqner” döyüşçüsü göndərildiyini, onlardan 300-ə yaxınının Şuşa yaxınlığındakı döyüşlərdə iştirak etdiyini yazmışdı.

Priqojinin “bəxt əsgərləri”nin Qarabağda döyüşməsi faktını Rusiya mətbuatına müsahibələrində istefada olan Rusiya ordusunun kapitanı Viktor Zlobov və Rusiya xüsusi xidmət orqanlarının veteranı Viktor Oqnev də təsdiqləyib. “Novıe İzvestiya” qəzetinə müsahibəsində Oqnev bildirib ki, Qarabağda muzdlular daha çox hava hücumundan müdafiənin təşkili ilə məşğul olurlar.

Yeri gəlmişkən, “Rus planeti” və bir sıra digər rusdilli internet resursları Şuşadakı kilsənin fonunda “Vaqneritlər”in fotolarını dərc edib.

Həmçinin 2020-ci ilin dekabr ayının əvvəlində Rusiyanın Teleqram kanallarında Ermənistanın Vaqner PMC-nin Qarabağa göndərilən muzdlularına pul verməkdən imtina etdiyi barədə məlumat yayılıb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı