Ukrayna və Belarus sərhədində vəziyyət nəzarət altındadır, texnika və canlı qüvvədə artım yoxdur.
Oxu24.com xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev Vaqner PMC yaraqlılarının Belarusiyaya göndərilməsini şərh edərkən bildirib.
“Vaqner PMC-nin Belarus Respublikasının ərazimizə hücumunda mümkün iştirakı ilə bağlı bəyanatlara gəlincə. Mən hamını əmin etmək istəyirəm ki, şimal əməliyyat zonasında vəziyyət sabit və nəzarət altındadır”, - deyə Naev bildirib.
Naev bildirib ki, “hazırda Belarusla sərhəddə düşmənin nə texnikası, nə də canlı qüvvəsi artıb”.
“Dövlətin sərhədi 24/7 etibarlı mühafizə altındadır. Əgər bu baş versə və düşmən dövlət sərhədini keçməyə cəhd etsə, bu, onlar üçün intihardan başqa bir şey olmayacaq. Əsgərlərimiz əlində silah dövlət xəttini keçməyə cəsarət edən hər kəsə layiqli cavab verməyə hazırdır”.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bir müddət əvvəl dediyi kimi, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işi bağlanacaq və o, özü də “Belarusa gedəcək”.
Amma hazırda Priqojinin harada olması məlum deyil.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR