Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91456
az

SON DƏQİQƏ! Məşhur aktyorun meyiti tapıldı

15:4625 İyun, 2023
435
SON DƏQİQƏ
  • A

2023-cü ilin yanvarında Kaliforniya dağlarında yoxa çıxan 65 yaşlı britaniyalı aktyor Culian Sandsın cəsədi Baldi dağının zirvəsində tapılıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “The Mail on Sunday” qəzeti məlumat yayıb.

 

Julian Sands 150-dən çox film və serialda çəkilib. O, daha çox “Mənzərəli otaq”, “Las-Veqası tərk etmək”, “Cahid”, “Okeanın on üçü”, “Operanın xəyalı” və “Dexter və Gotham” serialındakı rolları ilə tanınıb.

 

Məlumata görə, aktyorun cəsədi turistlər tərəfindən aşkar edilərək ekspertizanın ofisinə aparılıb. Orada iyunun son həftəsinə planlaşdırılan rəsmi identifikasiya prosedurunu gözləyir.

 

Sandsın təcrübəli səyyah və alpinist olduğu vurğulanır. Onun ölüm səbəbi hələ müəyyən edilməyib, lakin şiddətli fırtınanın onu öldürə  biləcəyi güman edilir.

 

Xatırladaq ki, Sands itkisi yanvarın 19-da məlum olub. Aktyorun ailəsi kömək üçün polisə müraciət etsə də, mütəşəkkil axtarışlar nəticə verməyib.

 

 

Tərcümə: Nigar 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+