Putin mətbuata açıqlama verib.
Oxu24.com xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya özünü inamlı hiss edir və bütün plan və tapşırıqlarını həyata keçirməyə qadirdir.
Rusiya lideri bu barədə Moskvada Pavel Zarubinə müsahibəsində bildirib.
Rusiya lideri qeyd edib ki, ölkənin makroiqtisadi göstəriciləri normaldır, inflyasiya və işsizlik minimaldır. Prezident 2022-ci ildə tikinti sahəsində rekord göstəriciləri, ilkin səhiyyənin inkişafı üzrə planların icrasını da qeyd edib.
"Bütün bunlar birləşərək elə bir vəziyyət yaradır ki, biz özümüzü inamlı hiss edirik və əlbəttə ki, qarşımızda duran bütün plan və vəzifələri həyata keçirə bilirik. Bu, müdafiə tərəfinə, xüsusi hərbi əməliyyatın keçirilməsinə, bütövlükdə iqtisadiyyata aiddir”, - Putin bildirib.
Rusiya lideri həmçinin bildirib ki, Rusiya Federasiyasının xüsusi əməliyyatının gedişinə üstünlük verir. Putin səhərdən axşama kimi xüsusi əməliyyat məsələləri ilə məşğul olduğunu və vəziyyətə nəzarət etdiyini bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR