Belqrad Ankaranın Priştinaya silah tədarükünü qəbuledilməz hesab edir və Türkiyə ilə bu sahədə əməkdaşlığı dayandırmağın zəruriliyini bəyan edir.
Oxu24.com xəbər verir ki,bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç TV Pink telekanalına müsahibəsində bildirib.
"Türk Bayraktarlarını Priştinaya verdiklərinə görə almaqdan imtina etdik. Artıq onlarla bu məsələdə əməkdaşlıq etmək istəmirik. Beş ay ərzində Yaxın Şərqdə sifariş edilən bir neçə yüzdən minə qədər kamikadze pilotsuz təyyarə alacağıq",-deyə Serbiya lideri bildirib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR