Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91443
az

4 aylıq körpəsini itlə eyni otaqda qoydu - Qışqırıq səsinə geri qayıdanda dəhşətə gəldi... - FOTO

13:5825 İyun, 2023
210
  • A

ABŞ-nin Florida ştatında Kloi Vişnevski adlı 21 yaşlı ana 4 aylıq körpəsini iti ilə tək otaqda qoyub.

OXU24.COM  xəbər verir ki, ana tələsik duş almaq məqsədilə südəmər körpəni itlə təkbaşına otaqda qoyub. Daha sonra körpənin ağlamaq səsinə geri qayıdan ana itin uşağın əlini çeynədiyini görüb. Körpə əl barmaqlarından beşini itirib.

Ana səhlənkarlığa yol verdiyinə görə onun barəsində məhkəmə işi başlayıb. Belə ki, 21 yaşındaki Vişnevski hələ 24 saat əvvəl aldığı itlə körpəsini tək qoyduğu üçün təqsirli bilinib.

Ana təcili yardım gələnə kimi körpənin əlinə sarğı ilə müdaxilə edərək, qanı dayandırmağa çalışıb. Xəstəxanaya çatdırılan körpənin sağ əlindən 3, sol əlindən isə 2 barmaq amputasiya edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
Türkiyədə partiya sədri HƏBS EDİLDİ
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...