İyunun 26-da Moskvadakı universitetlərə bütün tədbirləri təxirə salmaq və distant təhsilə keçmək tövsiyə olunub.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, iyunun 26-da ali məktəbə qəbul üçün sənəd qəbulu əyani aparılmayacaq. Ərizəçilər onlayn müraciət edə biləcəklər.
Bütün testlər, imtahanlar və yekun ixtisas işlərinin müdafiəsi həmin gün onlayn rejimdə keçiriləcək.
İyunun 24-də səhər Moskva antiterror əməliyyatı rejimi elan edib. Şəhərdə kütləvi tədbirlər ləğv edilib. Moskva meri Sergey Sobyanin deyib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.
Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR