Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9141
az

Balaca Əliyə kömək edin - FOTO

18:5721 Yanvar, 2019
801
  • A
 
Şəkildə gördüyünüz balacanın sizin köməyinizə ehtiyacı var. Əli Əlizadə 2009-cu ildə anadan olub.

Oxu24.com xəbər verir ki, həkimlər uşaqda antifosfolipt sindromu olduğunu deyiblər.

Təcili şəkildə altı ay güclü müayinə və həkim nəzarətində saxlanmalı olduğu bildirilib. Həkimlər Əlinin müalicəsinin Türkiyədə - Ankaradakı klinikalardan birində davam etdirməsini tövsiyə ediblər. Klinikanın ödənişləri isə olduqca bahadır və ailənin buna maddi imkanı çatmır.
 Altı aylıq müalicə ərzində Əlinin dərmanları İngiltərədən gətirildiyi üçün ödənişlər gecikdikcə, Əlinin sağalmasına ümid də azalır. Anası hazırda Türkiyədə balaca Əlinin yanında qalır.

Həkimlər uşağın vəziyyətinin kritik olduğunu deyirlər. Ailəsi media vasitəsilə xeyirxah insanlara müraciət edərək kömək istəyir. Əlini ölümün pəncəsindən almağa kömək etmək istəyən şəxslər şəkildə göstərilən bank hesabına pul köçürməklə yardım edə bilərlər.
 
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəyin 1 nömrəli dərmanı bu salatdır
Hər gün sarımsağı bişirib yeyin, görün nə olur
Uşaqlarda baş ağrılarının təhlükəli nəticələri

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı