Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9140
az

Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmaya mane olur

18:5521 Yanvar, 2019
1079
TİBB
  • A
 Kanadalı alimlərin tədqiqatı göstərib ki, qrip zamanı hərarətin süni şəkildə aşağı salınması sağalmaya maneçilik törədir, xəstəliyin daha da uzanmasına səbəb olur.
Elmi mütəxəssislər etiraf edirlər ki, xəstəliyə səbəb qripin yüksəkyoluxucu yeni ştamı olduğu halda hərarətin aşağı salınması daha təhlükəlidir.

Oxu24.com xəbər verir ki, hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.

Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.
“Hərarətin süni şəkildə aşağı salınması əlavə infeksiyaların yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarır”, – deyə tədqiqatın müəllifləri bildiriblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü