“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.
Oxu24.com-un məlumatına görə, bunu XHŞ-nin rəhbəri özünün teleqram kanalında bildirib.
O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.
Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.
Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.
Oxu24.com
ŞƏRHLƏR