Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91396
az

TƏCİLİ XƏBƏR! Priqojin təklifi  qəbul edib

21:3624 İyun, 2023
453
DÜNYA
  • A

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

 

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

 

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

 

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

 

TASS-ın məlumatına görə, Rostov vilayətinə Krasnodar və Stavropol diyarlarından, Volqoqrad və Voronej vilayətlərindən giriş məhdudlaşdırılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Kadırovu cəzalandıracaq? - Təyyarə qəzasından sonra...
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Türkiyə Misir kurortunda yüksək səviyyəli otel açacaq