Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.
"Oxu24.com"un Trend-ə istinadən məlumatına görə, bu il dörd kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur.
Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.
Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:
“Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib”. Oxu24.com
ŞƏRHLƏR