Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91388
az

Qərb ölkələrini xəbərdar edirik - Rusiya XİN bəyanat yaydı

19:5124 İyun, 2023
306
SİYASƏT
  • A
usiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı bəyanat yayıb.
 
OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bəyanatda bildirilib:
 
"Ölkəmizdə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur. Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır. Belə olan halda, üsyan Rusiyanın xarici düşmənlərinin əlinə işləyir.
 
Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdar edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər. Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq.
 
Xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək.
 
Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
"Instagram"da tanış olduğu şəxsi öldürən gəncəağır     cəza     verildi