Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91384
az

“Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi” - VİDEO

18:4624 İyun, 2023
300
ŞOU-BİZNES
  • A

"Qayınana bir ana deməkdir. Əgər ananı sevirsənsə, qayınananı da sevməlisən. Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu beş il ərzində zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü".

OXU24.COM  bizim.media-ya istinadən bildirir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

Beş il gəlini ilə birlikdə yaşadığını söyləyən sənətçi bildirib ki, bu illər ərzində həyat yoldaşı utandığından evdə köynək və idman şalvarında gəzməyib:

"Biz bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar daha yaxşıdır. Həyat yoldaşım çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, o gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi".

Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın:

"Babək hələ evlənməmişdi, həyat yoldaşıma jurnalist verilişlərin birində sual verdi ki, "Necə bir gəlin istəyirsiniz?" Cavab verdi ki, "Sadə, səmimi, olana şükür edən bir gəlin,I oğlum Babək üçün istəyirik". Jurnalist isə "Çox çətin olacaq" dedi. Həyat yoldaşım isə bu sözlərə qarşılıq olaraq söylədi ki, "Əvvəllər analar qızların cibinə daş qoyurdular ki, daş dillənsə sən də dillən. Amma indi isə diktofon qoyurlar ki, qayınana və qayınatanın səsini yazasan". Amma şükür Allaha ki, bizim ailədə elə bir problem olmayıb".


Z.İbadovanın sözlərinə görə, oğlu Babək yaxın qohumları ilə evlənsə də, əvvəllər ailələri arasında gediş-gəliş olmayıb:

"Gəlinimin atası dayım oğlu olsa da, gediş-gəlişimiz olmayıb. Babək həyat yoldaşını toyda görüb bəyənmişdi. Sonra biz məsləhət elədik ki, evlənsinlər. Oğlum Babək mənə oğul kimi deyil, kürəkənim kimidir. Gəlinim isə qızımdır. Gəlinim Babəkdən daha çox mənə yaxındır. Elə bilirəm ki, gəlinim doğma övladımdır. Babək isə mənə qarşı daha sərtdir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti: "Rasim Balayev məndən qisas alır"
Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı