Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91373
az

Çeçen döyüşçülər "Vaqner"çilərə qarşı vuruşmağa yollanıb

13:5324 İyun, 2023
141
DÜNYA
  • A

Çeçen döyüşçüləri və Çeçenistandakı rus döyüşçüləri Rusiya Silahlı Qüvvələri ilə "Vaqner" muzdlu hərbi təşkilatı arasında gərginlik davam edən əraziyə yollanıblar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov deyib.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamala Harris vitse-prezidentini SEÇDİ
Nüvə müharibəsi riski barədə XƏBƏRDARLIQ: "Soyuq müharibənin ən pis günlərindən bəri..."
Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı