"Biz Priqojinin qiyamını yatırmağa hazırıq".
OXU24.COM bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, bu barədə fikirlərini teleqram kanalında yazıb:
"Üsyanı yatırmaq lazımdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!".
Kadırov açıqlamasında həmçinin, Priqojinin davranışını "arxadan vurulan bıçaq zərbəsi" adlandırıb və rus əsgərlərini heç bir "təxribat"a boyun əyməməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini vurmaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xalqa müraciətində Priqojini vətənə xəyanətdə günahlandırmışdı.
Oxu24.com
ŞƏRHLƏR