Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91345
az

Hindistanda musson yağışları: sel nəticəsində 1 nəfər ölüb

18:1023 İyun, 2023
115
DÜNYA
  • A

Hindistanın şimal-şərqindəki bölgələri vuran musson yağışları səbəbindən baş verən sel nəticəsində 1 nəfər ölüb, on minlərlə insan təhlükəsiz ərazilərə yerləşdirilib.

Oxu24.com xəbər verir ki,Assam əyalətinə təsir edən musson yağışları səbəbindən bölgədə qırmızı xəbərdarlıq elan edilib, sel təhlükəsi olan kənd və qəsəbələrdə yaşayan insanlar təxliyə edilib.

Assam Fəlakət İdarəsi tərəfindən edilən açıqlamada, pis hava şəraitinin və daşqınların 500 minə yaxın insanın zərər çəkdiyi qeyd edilib.

Bölgədə leysan yağışlar və daşqınlarla mübarizə üçün əyalətdəki 31 rayondan 20-də açılan 83 düşərgəyə təxminən 14 min insan yerləşdirilib.

Assam və Sikkim əyalətlərinin müxtəlif yerlərində güclü yağışlar səbəbindən torpaq sürüşmələri baş verib, Meqhalaya ştatında isə sellər böyük bir stadionun çöl hissəsini dağıdıb və çoxlu park edilmiş avtomobillərə ziyan vurub.

İqlim böhranı bölgədə nizamsız yağışlara səbəb olur

Ötən ilin iyun ayında yağan güclü yağışlar nəticəsində Assam əyalətində baş verən sel 108 kəndi su altında qoyub, kəndlərdə yaşayan 115 mindən çox insanı köçkün vəziyyətinə salıb.

Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları bölgəyə böyük ziyan vurur.

Alimlər son illər Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində baş verən nizamsız və həddindən artıq yağıntıların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"İsraili cəzalandırmaq niyyətindəyik" -İran XİN
Meqan Markl bir zamanlar intihar etməyi düşünürmüş
Yusuf Dikeç İlon Maskı İstanbula dəvət etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü