ABŞ-ın Ohayo ştatında iki yaşlı uşaq 33 həftəlik hamilə anasını güllələyib.
Oxu24.com xəbər verir ki, Norvalk Polis İdarəsi hadisənin iyunun 16-da baş verdiyini bildirib.
İlg adlı qadın 33 həftəlik hamilə olduğunu və onun iki yaşındakı uşağı təsadüfən güllə ilə özünü kürəyindən vurduğunu bildirib.
Tezliklə hadisə yerinə gələn səlahiyyətlilər 31 yaşlı qadını xəstəxanaya çatdırıblar. Qeysəriyyə əməliyyatı edilsə də, nə ana bətnində olan körpəni, nə də İlqini xilas etmək mümkün olmayıb.
Qadın səlahiyyətlilərə deyib ki, paltaryuyan zaman oğlu birtəhər onun adətən bağlı olan yataq otağına girib və silahla oynamağa başlayıb.
Yataq otağında komodinin üzərindən biri tapança olmaqla 3 ədəd odlu silah aşkar edilib.
Hadisə zamanı işdə olan İlgin həyat yoldaşı Alek İlq silahların ona məxsus olduğunu açıqlayıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR