Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91312
az

Yeni təhlükəli virus yayıldı - XƏBƏRDARLIQ - 400-dən çox yoluxan var

00:4423 İyun, 2023
240
  • A

Tailandda turistlərə yeni təhlükəli virusun - çikunqunyanın yayılması ilə bağlı xəbərdarlıq edilib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, Asiyanın məşhur kurort ölkəsinin səhiyyə işçilərinə istinadən iyunun ilk həftəsində 485 çikunqunyaya yoluxma faktı olduğunu bildirib. Bu, 127 hadisənin qeydə alındığı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 282 faiz çoxdur.

Məlumata görə, çikunqunyanın ən çox görülən simptomu, tez-tez ağrı ilə müşayiət olunan qəfil qızdırmadır. Xəstəliyin digər əlamətlərinə əzələ və baş ağrıları, ürəkbulanma, yorğunluq və səpgi daxildir. Qeyd edilir ki, oynaqlar aylarla, hətta illərlə ağrıya bilər. Ciddi ağırlaşmalar nadirdir, lakin xəstəlik yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.

Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə, virus insanlara ağcaqanad dişləməsi ilə keçir. İlk dəfə 1952-ci ildə Tanzaniyanın cənubunda rast gəlinib və indi Asiya, Afrika, Avropanın 40-a yaxın ölkəsində təsbit edilib. Ən son Amerikada ortaya çıxıb.

Əlamətlər adətən ağcaqanad dişləməsindən dörd-səkkiz gün sonra görünür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
Qocalıqda da qartal kimi görmək mümkündür
Meteohəssas insanlara XƏBƏRDARLIQ: sabah...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var