Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91288
az

ABŞ səfiri casusluğa görə saxlanılan  jurnalistin  məhkəməsinə  gedib

14:5522 İyun, 2023
181
  • A

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi casusluqda ittiham olunan “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxmaq üçün məhkəməyə gəlib.

Oxu24.com xəbər verir  ki,məhkəmə iyunun 22-də Moskva Şəhər Məhkəməsində keçirilib.

Casusluqla bağlı cinayət işinin materialları məxfi olduğu üçün iclas bağlı qapılar arxasında keçirilir.

 

Mayın 23-də istintaqın tələbi ilə Lefortovo Məhkəməsi WSJ müxbirinin həbs müddətini avqustun 30-dək uzadıb.


Xatırladaq ki, amerikalı jurnalistin saxlanması martın 30-da  olub. FSB-nin məlumatına görə, Gerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı məxfi məlumatlar toplayıb. Casusluq maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə Qerşkoviçi mayın 29-dək həbs edib. Şübhəli bütün ittihamları tamamilə rədd edir.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-a prosesə təzyiq cəhdləri ilə bağlı xəbərdarlıq etmişdi. Xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, Rusiya öz daxili ehtiyaclarına, bu vəziyyətə aid olan norma və qanunvericilik aktlarına uyğun hərəkət edəcək.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Rusiya və Ukrayna ilə əlaqə saxladığını AÇIQLADI
Bu ölkədə kimlər sosial şəbəkələrə girə bilməyəcək?
Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi