Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91285
az

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, silah tətbiq edilib

13:4522 İyun, 2023
239
  • A

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu24.com-a  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Könül Nurullayevaya      ağır     itki
AZAL bugünkü Bakı-Kazan reysini    ləğv     etdi
Azərbaycanın 3 gəmisi heyətlə birgə     girov      saxlanılır?

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR