Çinin şimal-qərbindəki Yinçuan şəhərində restoranda baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb.
Oxu24.com "Şinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, çərşənbə günü axşam partlayışla bağlı bildirib ki, "Mayeləşdirilmiş neft qazının dağılması manqal restoranının fəaliyyəti zamanı partlayışa səbəb olub".
İlkin məlumata görə, azı 31 nəfər həyatını itirib.
Agentlik daha 7 nəfərin tibbi yardım aldığını və onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Xilasetmə işlərinin cümə axşamı səhər saat 4-də başa çatdığı bildirilir.
Partlayış Çində üç günlük Əjdaha Qayığı festivalı ərəfəsində baş verib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR