Paşinyan Putindən danışdı.
Oxu24.com xəbər verir ki,Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın baş naziri Mixail Mişustinə Yuxarı Lars keçid məntəqəsinin buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasına görə təşəkkür edib.
“Bu məsələ mənim Rusiya Federasiyasının Prezidenti və Rusiya Federasiyası hökumətinin başçısı ilə müzakirələrimdə həmişə gündəmdə olub. Prezident Putinə və baş nazir Mişustinə bu məsələ ilə bağlı ardıcıl işlərinə görə təşəkkür etmək istərdim”, - deyə Paşinyan TASS-dan sitat gətirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR