Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91252
az

Rusiya Xarici İşlər Nazirliyi Danimarkaya xəbərdarlıq edib

20:4821 İyun, 2023
114
DÜNYA
  • A

Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bildirib ki, Danimarka və NATO-ya üzv olan digər ölkələrin Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək qərarı münaqişəni daha da gərginləşdirəcək.

 

Oxu24.com xəbər verir  ki,bu sözləri diplomat Danimarkanın TV-2 telekanalına şərhində deyib və həmin çıxış səfirliyin Telegram kanalında dərc olunub.

 

"Danimarkanın diplomatik alətlər arsenalı boşdur və bu, Kopenhagenin Ukraynada daha da qan tökülməsində maraqlı olduğunu göstərir", - səfir bildirib.

Barbinin sözlərinə görə, Kopenhagen onu nəzərə almır ki, silah tədarükü və hərbi əməliyyatların davam etdirilməsinə dəstək sülhə gətirib çıxarmır.

O, həmçinin bildirib ki, F-16-ların Ukraynaya çatdırılması imkanlarının müzakirəsi “münaqişənin daha da genişlənməsinə gətirib çıxaracaq və NATO ölkələrinin bu işə birbaşa cəlb olunması riskini artıracaq”.

Bundan əvvəl Danimarkanın müdafiə naziri Poulsen bildirmişdi ki, ölkə F-16 qırıcılarını Ukraynaya ötürmək niyyətindədir.

İyunun 14-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi Ukrayna üzrə təmas qrupu F-16 qırıcıları üçün ukraynalı pilotların hazırlanmasını müzakirə edəcək.

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə    zəlzələ    oldu
Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - FOTO

Çində yayılan yeni virus İrana yaxınlaşır

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Sumqayıtda 76 yaşlı kişi eyvandan    yıxılıb     öldü