Fransada güclü partlayış olub.
Oxu24.com BFM-ə istinadən xəbər verir ki, Parisdə bir bina partlayışdan sonra tamamilə dağılıb.
Hadisənin ilkin səbəbi qaz sızması olduğu bildirilir. Ən azı dörd nəfərin vəziyyəti ağırdır.
"Paris Amerika Akademiyasının fasadı uçub. Bina Val-de-Grace xəstəxanasına bitişikdir", - məlumatda deyilir.
Hadisə yerinə Paris meri və təcili yardım xidmətləri gəlib. Təfərrüatlar dəqiqləşdirilir. Yerli sakinlərdən hadisə baş verən ərazidən uzaqlaşmaları xahiş olunub.
Müəllif: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR