Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91244
az

Sudanda atəşkəsin başa çatması ilə toqquşmalar şiddətlənir

19:0321 İyun, 2023
116
DÜNYA
  • A

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-dən bəri davam edən qarşıdurmalar iyunun 18-də başlayan 3 günlük atəşkəsin sona çatması ilə daha da şiddətlənib.

Oxu24.com
xəbər verir ki,şahidlərin sözlərinə görə, paytaxt Xartumun qərbində yerləşən Umdurman şəhərində ağır və yüngül silahlardan istifadə edilməklə ağır toqquşmalar baş verib.

Paytaxtın şimalındakı Bəhri şəhərindən atışmaların gəldiyi bir vaxtda yanğın və tüstünün yüksəldiyi görülüb.

Döyüş təyyarələri Bəhri və Umdurmanda yerləşən HDK qüvvələrini hədəfə alıb.

“Üsyançı qüvvələrin dərinliklərində əməliyyatlar aparılır”

"Mühəndislər Ordusunun Xüsusi Əməliyyat Qüvvələri (HDK nəzərdə tutulur) üsyançı qüvvələrin dərinliklərində əməliyyatlar aparır", - Sudan ordusunun bəyanatında deyilir.

Açıqlamada çoxlu sayda döyüş maşınının tam təchizatla qəbul edildiyi bildirilib.

Sudanda üçüncü aya qədəm qoyan qarşıdurmalarda 1000-ə yaxın insan həyatını itirib, 5 minə yaxın insan isə yaralanıb.

 

Tərcümə: Nigar 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu işdən çıxartdı
Çimərliyə hansı saatlarda getmək məsləhətdir?
Gürcüstanın Aİ-yə üzvlük prosesi de-fakto dayandırıldı

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Süpürgəçi qızı maşın vurdu
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...