Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91243
az

Tibb dünyasında inqilabi ixtira

19:0321 İyun, 2023
166
CƏMİYYƏT
  • A

Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.

OXU24.COM  oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Pharmaceutics" jurnalında dərc olunub.

Glioma - beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.

Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar bunun üçün Raman spektroskopiyasından istifadə ediblər. Bu üsul qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verir.

Alimlərin sözlərinə görə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
Qocalıqda da qartal kimi görmək mümkündür
Meteohəssas insanlara XƏBƏRDARLIQ: sabah...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var