Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91239
az

Qərbi Sahara və Kanar adaları arasında miqrant qayığı batıb

18:5320 İyun, 2023
115
  • A

Kanar adaları yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 2 nəfər ölüb, 37 nəfər isə itkin düşüb.

 

Oxu24.com xəbər verir ki,İspaniya mətbuatının Kanar Adaları Sahil Mühafizəsi və Mərakeş mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, Şimali Afrikada Qran Kanariya (Böyük Kanar) ilə Qərbi Sahara sahilləri arasında qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

 

Qərbi Saharadan 40 mil, Böyük Kanar adasına isə 80 mil məsafədə nizamsız immiqrantları daşıyan qayığın batması nəticəsində 24 nəfərin xilas edildiyi, ən azı 2 nəfərin ölü olduğu, 37 nəfərin isə xilas edildiyi bildirilib.

 

Kanar Adaları Sahil Mühafizə İdarəsinin "Helimer 201" tipli vertolyotunun batan qayığın olduğu əraziyə gedərək bir oğlanın cəsədinə çatdığı, digər cəsədin isə Sahil tərəfindən sudan çıxarıldığı qeyd edilib. 

 

Mərakeş Sahil Mühafizəsi qruplarının batan qayıqdan 24 nizamsız miqrantı xilas etdiyi paylaşılıb.

 

İspaniya və Mərakeşin birgə həyata keçirdiyi axtarış-xilasetmə işlərində bölgədən keçən bir təyyarə, bir helikopter, bir sahil mühafizə gəmisi və bir yük gəmisinin iştirak etdiyi bildirilib.

 

Qeyri-hökumət təşkilatı (QHT) Caminando Fronteras (Sərhəddə Gəzmək) rəsmiləri bildiriblər ki, İspaniya və Mərakeş sahil mühafizə orqanları dünən gecə batan qayıqla bağlı məlumat veriblər.

İspan QHT itkin düşənlərin də öldüyünü və bu faciədə 4-ü qadın və 1-i körpə olmaqla ümumilikdə 39 qeyri-qanuni miqrantın həyatını itirdiyini iddia edib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonşu ölkənin səmasında 20-yə yaxın UNO GÖRÜLDÜ -Pilotlar TƏSDİQLƏDİLƏR
Ronaldinyo da Bakıya gəldi - Foto
Litva Belarusla gömrük razılaşmasını ləğv edib

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü