Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91231
az

ABŞ Ukraynaya daha 1 milyard dollar verdi

14:0920 İyun, 2023
142
DÜNYA
  • A

ABŞ Rusiyanın işğalından sonra Ukraynanın bərpasına kömək etmək üçün əlavə 1,3 milyard dollar ayıracaq.

Vəsaitlərin böyük hissəsi ölkənin enerji sisteminin və mühüm infrastrukturun bərpasına yönəldiləcək.

 

Oxu24.com RBC-Ukraynaya istinadən xəbər verir ki, bunu Londonda Ukraynanın bərpasına dair beynəlxalq konfransda ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

“İndi demək istəyirəm ki, ABŞ Konqresinin köməyi ilə biz 1 milyard dollardan çox yeni maliyyə yardımı paketi təqdim edəcəyik.

Xüsusilə, biz Ukraynanın kritik enerji infrastrukturunu bərpa etmək üçün təxminən 520 milyon dollar sərmayə qoyuruq” deyən o, “Rusiya Ukraynanı  məhv etməyə davam etdiyi üçün biz Ukraynanın yenidən qurulmasına kömək etmək üçün buradayıq” deyə o bildirib.

 

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, yeni maliyyələşdirmə ABŞ-ın Ukraynaya ümumi maliyyəsini təxminən 64 milyard dollara çatdırır.

ABŞ pulu Ukrayna hökumətinin əməliyyat xərclərini və təcili bərpa prioritetlərini maliyyələşdirmək üçün 50 milyard avro təklif edən Avropa Komissiyasının daha böyük yardım paketinə əlavə olunacaq.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada Hugo Boss mağazaları yenidən açılacaq
Rusiya tanınmış politoloqu axtarışa verdi
Yerdəki maqnit qasırğası sona çatdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü