Moskva vilayətində əcnəbi 82 yaşlı təqaüdçünü qarət edib, zorlayıb, boğub və yandırmağa cəhd edib.
OXU24.COM xarici KİV-ə istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, cinayəti törədən şəxs saxlanılıb.
İstintaqın məlumatına görə, Fryazino şəhərində 27 yaşlı əcnəbi vətəndaş sərxoş vəziyyətdə fərdi yaşayış evinə pəncərədən daxil olub.
Öldürəcəyi ilə hədələyərək, 82 yaşlı ev sahibəsindən 20 min rubldan bir qədər çox pul oğurlayıb, sonra onu zorlayıb. Daha sonra o, təqaüdçünü döyərək boğub. Onun öldüyünə inanaraq evi yandırıb və qaçıb. Lakin nənə yanan evdən təkbaşına çıxa bilib və polisə müraciət edib. O, xəstəxanaya aparılıb.
Cinayətkarı dərhal saxlamaq mümkün olmayıb, lakin ekspertiza nəticəsində təqsirləndirilən şəxsin məlumat bazasında olan DNT profili ilə uyğunluq müəyyən edilib. Hadisəni törədən şəxs tutulub. O, etdiklərini etiraf edib.
İstintaq müəyyən edib ki, cinayət törədən şəxsin Rusiya vətəndaşlığı yoxdur, lakin onun bu ölkə ərazisində işləmək və müvəqqəti qeydiyyat üçün patenti var.
Oxu24.com
ŞƏRHLƏR