Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91201
az

Çin Rusiya neftinin alışını azaltdı, İrana üstünlük verdi

19:3320 İyun, 2023
103
DÜNYA
  • A

Çin iyun ayında Rusiyadan karbohidrogenlərin alışını yarıbayarı azaldıb.

 

Oxu24.com xəbər verir   ki,bu barədə “Reuters” ekspert  məlumatlarına istinadən açıqlama yayıb.

 

Belə ki, ayın əvvəlindən Rusiya limanlarında Çinə 0,26 milyon ton Urals nefti göndərilibsə, may ayında tədarüklər 0,67 milyon tona çatıb.

 

Neftin tankerdən tankerə birbaşa dənizə töküldüyü dəniz daşımalarından Çin Rusiya Federasiyasından 300 min ton - mayın ilk üç həftəsi ilə müqayisədə 120 min ton az qəbul edib.

 

Treyderlərin fikrincə, Çin şirkətləri Yaxın Şərqdə neft almağa üstünlük veriblər, xüsusən də hazırda əhəmiyyətli endirimlər təklif edən İrandan.

 

Eyni zamanda analitiklər qeyd edirlər ki, iyulda Çin yenidən Rusiyadan neft alışını, yeni idxal kvotalarını artıra bilər.

 

Tərcümə: Aynurə Məcidova 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Türkiyə Misir kurortunda yüksək səviyyəli otel açacaq
ABŞ Rusiyanın nüvə potensialının artması ilə bağlı narahatlığını ifadə edib