Pakistan məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat Partiyasının lideri İmran Xanın iki yandırma işi üzrə zaminə buraxılma hüququ olmadan həbsinə yeni order verib.
Oxu24.com xəbər verir ki,bu barədə çərşənbə axşamı ARY News telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Lahor Terrorla Mübarizə Məhkəməsi İmran Xana və digər partiya liderlərinə qarşı girov qoymaq hüququ olmadan həbs qərarı çıxarıb.
Telekanalın məlumatına görə, orderlər onların iki - Pakistan Müsəlman Liqası (Nəvaz) partiyasının ofisi və konteynerin yandırılması işi üzrə dinləmələrdə daimi iştirak etməmələri üçün verilib.
Daha əvvəl AFP xəbər vermişdi ki, məhkəmə Xanın girov müddətini iyulun 4-dək uzadıb.
Mayın 9-da Pakistanın keçmiş baş naziri korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilib.
Onun həbsi DZS tərəfdarlarının kütləvi etirazlarına səbəb oldu, onlar polislə toqquşdular, maşınları yandırdılar və hərbi obyektlərə hücum etdilər.
4 mindən çox nümayişçi saxlanılıb. 10 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Xan iyunun 19-dək zaminə buraxılıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR