Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91173
az

Bunu etsəniz, 3 il həbs olunacaqsınız - YENİ CƏZA

12:1820 İyun, 2023
138
MANŞET
  • A

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.

OXU xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Belə ki, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulmağa görə cinayət məsuliyyəti müəyyən edən yeni maddə əlavə edilib.

Belə ki, həmin maddəyə görə, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmasına görə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Antibiotiklərə qarşı müqavimət artır: Bəşəriyyət böyük təhlükə ilə üz-üzə
Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - FOTO
Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi