Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə təhlükəsi realdır.
Oxu24.com Reuters-ə xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Kaliforniyada bir qrup donorla görüşündə deyib.
Amerika prezidenti Putinin nüvə silahından mümkün istifadəsindən narahat olduğunu vurğulayıb.
“Təxminən iki il əvvəl burada danışanda və Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə mənə baxdıqları kimi baxdılar. Bu, realdır”, - Bayden deyib.
Ötən gün Bayden Putinin taktiki nüvə silahlarının ilk bölmələrinin Belarus ərazisində yerləşdirilməsi ilə bağlı bəyanatlarını “tamamilə məsuliyyətsizlik” adlandırıb.
Bundan əvvəl Putin bildirib ki, Rusiyanın ilk taktiki nüvə silahları artıq Belarus ərazisindədir və ilin sonuna qədər yekun təhvil veriləcək.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR