Afrika ölkələrinin əksəriyyəti Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitində iştiraka razılıq verib.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu katibliyinin rəhbəri Oleq Ozerov Federasiya Şurasında keçirilən dəyirmi masada bildirib.
Tədbirdə o, dəvət olunan ölkələrin əksəriyyətinin sammitdə iştirak etmək niyyətini təsdiqləyib.
Onun sözlərinə görə, onun əsas vəzifəsi Rusiya Federasiyası ilə Afrika arasında əlaqələrin inkişafına güclü təkan vermək olacaq.
Ozerov qeyd edib ki, Rusiya Federasiyası Afrikadan olan tərəfdaşlarla fəal işləyir. Son bir ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu qitəyə dörd dəfə səfər edib və burada Burundi, Keniya, Mozambik və Cənubi Afrikanın liderləri ilə görüşüb.
"Və onların hamısı təsdiqlədi ki, Afrika ölkələrinin rəhbərliyi Soçi hadisəsindən daha çox Sankt-Peterburq sammitinə ümid bəsləyir", - Ozerov bildirib.
Bu gün Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda Afrika ölkələrinin nümayəndə heyətləri ilə görüşündən sonra Rusiya bu qitənin liderləri ilə dialoqu davam etdirəcək.
İkinci Rusiya-Afrika sammiti iyulun 26-29-da Sankt-Peterburqda keçiriləcək. Birincisi 2019-cu ildə Soçidə baş tutub.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR