Rusiyada ağır yol qəzası baş verib.
Oxu24.com xəbər verir ki,Kabardin-Balkariyada iyunun 17-də Çegemski rayonunda avtomobili uçurumdan aşaraq ölən qadınların kimliyi müəyyən edilib.
REN TV-yə məlum olduğu kimi, ilkin olaraq ölənlər arasında uşağın olduğu deyilsə də, aşan "Mercedes"də 3 bacı olub.
"Yanmış cəsədlər Leskenski rayonunun sakinlərinə məxsusdur: 47 yaşlı qadın, 43 yaşlı və 41 yaşlı bacılar", - REN TV-nin mənbəsi bildirib.
“Mercedes-Benz E200” markalı avtomobil uçurumdan Çegem çayının düzənliyinə düşərək alovlanıb.
Faciə saat 14:00 radələrində baş verib. İlkin olaraq xarici avtomobilin sürücüsünün idarəetməni itirdiyi güman edilir.
Tərcümə: Aynurə Məcidova
ŞƏRHLƏR