İranın ölkənin şimalında yerləşən Əlborz əyalətində surroqat alkoqoldan zəhərlənmə qurbanlarının sayı 171 nəfərə çatıb.
Oxu24.com IRNA-ya istinadən xəbər verir ki,bazar ertəsi səhər saatlarında 155 zəhərlənmə hadisəsi qeydə alınıb.
“Son məlumatlara görə, son 5 gündə tərkibində metanol olan spirtdən zəhərlənənlərin sayı 171 nəfərə çatıb”, - deyə Şəhram Əyalət Tibb Universitetinin dekanı Sayadi bildirib.
Bir gün əvvəl əyalət hüquq-mühafizə qüvvələrinin komandanı, general Həmid Xadavənd zəhərlənməyə səbəb olan surroqat spirtinin paylanması işi üzrə 6 nəfərin saxlanıldığını açıqlamışdı.
Komandirin sözlərinə görə, araşdırma zamanı məlum olub ki, məhsul istehsalçıları qeyri-qanuni yollarla bədən spreyi zavodundan xarab texniki spirt əldə ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zavoddan 6,5 min litr bu spirt çıxararaq müəssisəni möhürləyiblər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR